ALYASKA SAHİLLƏRİNDƏ TƏXMİNƏN YÜZ YAŞLI XANI BALIĞI TUTULMUŞDUR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Alyaska sahillərində balıq ovlayan traulerin toruna təxminən yüz yaşı olan xanı balığı düşmüşdür.
Berinq dənizindəki Pribılov adaları yaxınlığında üzən traulerin torunu 640 metr dərinlikdən çıxaran balıqçılar onun içində 75 ton sayda və 10 xanı balığı aşkar etmişlər. Dişi xanı balığından birinin çəkisi 27 kiloqram, uzunluğu isə 110 santimetr olmuşdur. Balığı Sietldəki Alyaska Balıqçılıq Elm Mərkəzinin (ABŞ) ekspertlərinə vermişlər. Burada onu ölçmüş və fotoşəklini çəkmişlər.
Tədqiqatçıların fikrincə, balığın yaşı 90-155 il arasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]