“Amazon”un internet peyklərinin ilk qrupu orbitə çıxarılıb
Bakı, 29 aprel, AZƏRTAC
ABŞ-ın “Atlas V” raketi “Amazon” şirkətinin internet peyklərinin ilk qrupunu orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, daşıyıcı raket ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:01-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnunda yerləşən bazasından start götürüb.
“Kuiper” layihəsi çərçivəsində 27 peykdən ibarət partiya təxminən 18 dəqiqə sonra raketin ikinci pilləsindən ayrılaraq təyin edilən orbitə daxil olub. Şirkətin iki sınaq peyki – “KuiperSat-1” və “KuiperSat-2” hələ 2023-cü ildə orbitə çıxarılmışdı.
“Amazon” şirkətinin qlobal internet qruplaşması 2027-2028-ci illərdə 3236 peykdən ibarət olacaq. “Kuiper” layihəsi artıq orbitdə 7200-dən çox internet peyki olan “SpaceX” kompaniyasının “Starlink” layihəsinin birbaşa rəqibidir.
“Amazon”un məlumatına görə, layihənin ümumi dəyəri 10 milyard dollardan çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]