AMB Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı ilə Anlaşma Memorandumu imzalayıb
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankının sədri Xaled Məhəmməd Balama ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, eləcə də mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra qurumlar arasında qarşılıqlı etimada və faydalı tərəfdaşlığa əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində maliyyə sektoru üzrə qabaqcıl nəzarət, tənzimləmə və lisenziyalaşdırma sahəsi, eləcə də maliyyə infrastrukturu ilə əlaqəli sistemlər üzrə qarşılıqlı məlumat mübadilələrinin təşkili, həmçinin birgə təcrübə və bilik mübadilələrinin, tədqiqatlar və araşdırmaların, o cümlədən işgüzar səfərlər vasitəsilə texniki əməkdaşlığın dərinləşdirilməsi həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]