Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı olub

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də AMEA-da ingilis dilində nəşr edilmiş “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitab Arxeologiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb.

Əvvəlcə tədbir iştirakçıları professor Əsədulla Cəfərovun Azərbaycanın, Qafqazın, Avropanın daş dövrü və ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərinə, eləcə də Qarabağın ən qədim tarixinə aid yazdığı kitablardan ibarət sərgi ilə tanış olublar.

Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 görkəmli tədqiqatçı aliminin və professor Əsədulla Cəfərovun uzun illər apardıqları gərgin araşdırmaların nəticəsi olan kitabın elmi-siyasi əhəmiyyətini qeyd edib. Bildirib ki, bu monoqrafiya 2021-ci ildə - Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra rus dilində nəşr olunub. Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu nəzərə alan Mədəniyyət Nazirliyinin dəstəyi ilə monoqrafiya ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Akademik İsa Həbibbəyli unikal nəşrin ilk təqdimatının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirildiyini xatırladıb, bu addımı Azərbaycan elminin beynəlxalq aləmdə təbliği baxımından yüksək qiymətləndirib.

AMEA rəhbəri Azıx mağarasının təkcə Azərbaycan üçün deyil, bütün dünya elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, 1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Paleolit Arxeoloji Ekspedisiyasının rəhbəri görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Qarabağ ərazisində aparılan tədqiqatlar nəticəsində bu mağaranın kəşf edildiyini bildirib.

Professor Əsədulla Cəfərovun şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər salan akademik İsa Həbibbəyli onun “Qarabağın paleolit düşərgələri” adlı kitabını xüsusi qeyd edib. Bildirib ki, Qarabağın Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunan bu nəşr bugünkü və gələcək nəsillər üçün dəyərli mənbədir. Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni “tədqiqatçıların” fikirlərinin elmi əsasının olmadığı faktlarla təsdiq edilib.

AMEA rəhbəri qeyd edib ki, Qarabağda ermənilərin ziyan vurduqları tarixi irsimizdən biri də Azıx mağarası olub. Erməni işğalçıları bir müddət Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Azərbaycan Prezidentinin tapşırığı ilə toplanmış materiallar əsasında Baş Prokurorluq tərəfindən bu istiqamətdə cinayət işi başlanılıb, Azıxın qədimliyinin Azərbaycana məxsus olması ilə bağlı beynəlxalq qurumlara müraciətlər olunub.

Qarabağın bütün əraziləri kimi, Azıxın da işğaldan azad olunduğunu söyləyən akademik İsa Həbibbəyli hazırda həmin tarixi abidələrdə Yaponiya, Danimarka və digər ölkə alimlərinin birgə iştirakı ilə geniş tədqiqatlar aparıldığını bildirib. O, tarixi sərvətimiz olan Azıx mağarası ilə bağlı yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib, tədqiqatçılara bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə edib. Alim, həmçinin Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, onun müasir dövrümüzə qədər gəlib çıxan və sovet dövründə tədqiqinə ciddi maneələr yaradılan məbədlərinin tarixinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu bildirib. Akademik İsa Həbibbəyli sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, deputat, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix elmləri doktoru Vasif Qafarov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və başqaları çıxış edərək bildiriblər ki, ingilis dilində nəşr edilmiş əsər təkcə elmi ictimaiyyət üçün deyil, həm də beynəlxalq müstəvidə hüquqi əsas kimi istifadə olunacaq dəyərli mənbədir.

Çıxışlarda ömrünü elmə həsr etmiş professor Əsədulla Cəfərovun arxeoloji tədqiqatlarından bəhs olunub. Vurğulanıb ki, alim Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi ilə arxeoloji ekspedisiya Naxçıvanda Qazma, Kəlbəcərdə orta Şurtan, Lerik rayonu ərazisində isə Buzeyir və Zuvandçay paleolit düşərgələrini kəşf edib.

Sonda çıxış edən kitabın həmmüəllifi professor Əsədulla Cəfərov elmi tədqiqatlarından söz açıb, nəşr haqqında öz fikirlərini bölüşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH