Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının doqquz ayda 460 elmi əsəri çap olunub

Naxçıvan, 11 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində 2021-ci ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı keçirilən hesabat yığıncağında bölmənin sədri, akademik İsmayıl Hacıyev ötən müddətdə görülən işlərdən, qazanılan elmi nəticələrdən bəhs edib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə hazırkı göstəriciləri müqayisə edən akademik əsərlərin kəmiyyət və keyfiyyət göstəricilərində diqqət yetirilməsi vacib olan məqamlardan söz açıb, müvafiq tapşırıqlar verib.

AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov yığıncaqda bölmənin cari ilin doqquz ayı ərzində göstərdiyi elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, bölmə hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə çalışıb. Elmi tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 50 fəlsəfə doktoru, 30 doktorant və dissertantın iştirakı ilə davam etdirilib. Bölmədə kadr potensialının artırılması sahəsində əldə olunan nəticələrə nəzər salan məruzəçi bildirib ki, hesabat dövründə bölmənin bir əməkdaşı elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, digərinin elmlər doktorluğu dissertasiyası seminardan keçərək müdafiəyə buraxılıb. Bölmənin Dissertasiya Şurasında 2 fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi uğurla həyata keçirilib, 4 tədqiqatçının fəlsəfə doktorluğu dissertasiyası seminar müzakirəsindən keçərək müdafiəyə buraxılıb.

Vurğulanıb ki, cari ilin 3 rübü ərzində bölmə əməkdaşlarının 11 monoqrafiya, 5 kitab, 1 kitabça, 2 metodik vəsait, 286 elmi məqalə, 152 konfrans materialı, 3 tezis olmaqla, 460 elmi əsəri çap olunub, 3 buklet və 1 xəritə tərtib edilib. Əsərlərdən 3 monoqrafiya, 59 məqalə, 63 konfrans materialı, 2 tezis xaricdə nəşr olunub. Qeyd olunan dövr ərzində bölmə əməkdaşlarının 37 məqaləsi impakt faktorlu jurnallarda nəşr olunub, bunlardan 12-si Clarivate Analytics indekslidir. Tədqiqatçıların əsərlərinə 794 istinad qeydə alınıb, iki beynəlxalq səviyyəli qrant layihəsinin icrası uğurla davam etdirilib. “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 3 nömrəsi nəşr olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılıb, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi ilə əlaqədar elmi məqalələr hazırlanaraq sistemləşdirilib. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə muxtar respublikanın Moskva və Qars müqavilələri ilə təsbit olunmuş ərazilərini əks etdirən xəritələr tərtib olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən “Elmi əsərlər” jurnalının Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş xüsusi nömrəsi çapa hazırlanıb. “Şərq qapısı” qəzetinin fəaliyyətinin 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq hazırlanan kitab üçün məqalələr işlənməkdədir.

Dosent Orxan Bağırov məruzəsində 21 sentyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə müəyyənləşdirilən vəzifələr və tapşırıqlar haqqında ətraflı məlumat verib, nəzərdə tutulan fəaliyyət planı ilə bağlı dinləyiciləri məlumatlandırıb. UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı həyata keçirilən tədbirlər haqqında danışan məruzəçi deyib ki, geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi davam etdirilib, geopark ərazisinin ümumi, geoloji, geomorfoloji, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib və əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmaqdadır.

Tədqiqatçı bölmədə həyata keçirilən tətbiqyönümlü işlər haqqında da məlumat verib. Bildirib ki, hesabat dövründə bölmə əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın bir ixtirası patent alıb, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin bir sənaye nümunəsinə və aqrar elmləri doktoru, dosent Varis Quliyevin yaratdığı 7 yeni üzüm sortuna patent və müəlliflik şəhadətnamələri verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin istehsal olunan məhsul çeşidlərinin artırılması, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icra vəziyyəti ilə bağlı danışan Orxan Bağırov qeyd edib ki, bu məqsədlə Biokimyəvi tədqiqatlar laboratoriyasının Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən ərazisində yeni çaytikanı tingləri əkilib. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, “Şorsu” palçığının istehsalı və satışı işi davam etdirilib. Gələcəkdə istehsal olunacaq daha keyfiyyətli məhsullar üçün bölmənin Nəbatat bağında və Aşağı Əylis kəndindəki ərazisində yeni və məhsuldar meyvə sortlarının əldə edilməsi üçün calaq işləri aparılıb.

Ötən doqquz ay ərzində AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Gürcüstan və başqa ölkələrin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli elmi əməkdaşlıq edib, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, Türk Tarix Qurumu ilə aparılan müzakirələr nəticəsində iki qurum arasında elmi əməkdaşlığa dair razılıq əldə olunub. Bölmədə 1 beynəlxalq, 1 respublika, 4 muxtar respublika, 12 bölmə səviyyəli elmi konfrans, 9 tədbir, oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdimat keçirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə seminarlar, açıq dərslər, laboratoriya məşğələləri və digər tədbirlər keçirilib, elmi dərəcəsi olan 45 elmi dərəcəli əməkdaş muxtar respublikanın 26 ümumtəhsil məktəbində nümunəvi dərslər tədris ediblər. AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri bölmə alimləri tərəfindən hamiliyə götürülərək, tədqiqatlara cəlb olunaraq uğurlu nəticələr əldə ediblər.

Sonda hesabat qənaətbəxş hesab olunaraq qəbul edilib, iclas iştirakçılarının sualları cavablandırılıb, bölmənin gələcək səmərəli fəaliyyəti üçün irəli sürülən təkliflər dəyərləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir