Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

Bakı, 13 may, AZƏRTAC

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Gövhər Baxşəliyeva “Heydər Əliyev İli” çərçivəsində bölmənin elmi-tədqiqat müəssisələrində keçiriləcək tədbirlərdən danışıb, yazılacaq əsərləri diqqətdə saxlamağı tapşırıb.

İclasda A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyev: dövlətçiliyə xidmətin parlaq nümunəsi” mövzusunda məruzə ilə çıxış edib. Ə.Qasımov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə, onun ictimai-siyasi həyatına misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyət kimi daxil olub. Azərbaycanın mürəkkəb, keşməkeşli, eyni zamanda, şərəfli hadisələrlə zəngin olan çağdaş tarixinin çox böyük və mühüm hissəsi xalqımızın böyük oğlu və lideri, dünyanın ən nüfuzlu dövlət xadimlərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyəti ilə bilavasitə bağlıdır. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin öyrənilməsi bizə milli dövlətçiliyimizin inkişaf mərhələlərini, onun ideya-siyasi əsasını təşkil edən azərbaycançılıq ideologiyasının başlıca prinsiplərini daha dərindən anlamağa, ölkəmizin ərazi bütövlüyü uğrunda qazandığımız tarixi zəfərin köklərini yaxından dərk etməyə imkan verir.

Məruzəçi ağır siyasi-iqtisadi böhranın dərinləşdiyi bir dövrdə - 1969-cu ildə Azərbaycana rəhbər təyin edilmiş Heydər Əliyevin cəsarətli qərarları ilə respublikanın sosial-iqtisadi və mədəni inkişafına yol açdığını qeyd edib. Vurğulayıb ki, nəticədə 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Tam qətiyyətlə demək olar ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi, iqtisadi və mədəni inkişafında qazanılan uğurların kökü məhz həmin illərə gedib çıxır.

“1993-cü ildə Azərbaycan parçalanmaq, dünya siyasi xəritəsindən bir müstəqil dövlət kimi silinmək təhlükəsi ilə üzləşəndə onu bu təhlükədən məhz Heydər Əliyev dühası xilas etdi. Öz müdrik qərarları ilə ölkəni vətəndaş qarşıdurmasından, etnik toqquşmalardan, siyasi xaosdan, iqtisadi kollapsdan xilas edən, bütün dünyanın diqqətini Azərbaycana cəlb etməyi bacaran böyük siyasətçi həm də Azərbaycanın ağır dərdi olan Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi, diplomatik və hərbi səciyyəli addımlar atmaqla gələcək qələbələrimizin əsasını qoydu. Dahi şəxsiyyət çətin vəziyyətdə ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla həm də yeni, müstəqil demokratik Azərbaycan dövlətçiliyinin memarına çevrildi”, - deyə o bildirib.

Diqqətə çatdırıb ki, 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin qazandığı bütün uğurlar, ərazi bütövlüyümüzün bərpa edilməsi, şərəf və ləyaqətimizin simvolu olan üçrəngli bayrağımızın 30 il sonra mənəviyyat və mədəniyyət paytaxtımız Şuşada dalğalanması Heydər Əliyevin arxitekturasını yaratdığı milli dövlətimizin sarsılmaz təməllərinə əsaslanır. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan xalqı qüdrətlə və inamla irəliləyir.

Sonra mövzu haqqında müzakirələr aparılıb.

İclasda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru Abbas Seyidov ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, institut əməkdaşlarının işğaldan azad olunmuş torpaqlarda - Füzuli rayonunun Yedditəpə kurqan abidəsində, Yuxarı Seyidəhmədli kəndi, Ağdam şəhərində yerləşən Üzərliktəpə qədim yaşayış yerində, İmarət kompleksində, Xocavəndin Edilli kəndində aparılmış arxeoloji qazıntı işlərinin və antropoloji tədqiqatların vəziyyəti haqqında geniş məlumat verib. Bildirib ki, 2022-ci ilin fevral ayında Xocavənd rayonu Edilli kəndi ərazisində insan skeletləri aşkar edilib. Əraziyə ezam edilmiş Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntı işləri zamanı 7 skelet aşkar olunub. Abbas Seyidov institutun antropoloqları, Hərbi Prokurorluq və Patoloji Anatomiya Birliyinin mütəxəssislərinin verdiyi rəyə görə, bu skeletlərin birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbçilərinin olduğunu vurğulayıb. O, 2022-ci ilin avqust ayında Dövlət Komissiyasının üzvləri və institutun əməkdaşı Akif Quliyev tərəfindən Şuşa, Daşaltı və Xocavənd rayonu ərazilərində kütləvi məzarlıqların güman edildiyi məntəqələrdə kəşfiyyat işləri həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xocavənd-Füzuli ekspedisiyası təşkil edilib, Akif Quliyev ekspedisiyanın rəisi təyin edilib. Dövlət Komissiyasının üzvləri ilə birlikdə işçi qrupu Edilli kəndi ərazisində axtarış işlərini davam etdirib və qazıntı işləri zamanı tək halda 6, kütləvi halda 12 nəfərə aid insan skeleti aşkar olunub. Abbas Seyidov 2022-ci ilin oktyabrında Edillidə aparılan tədqiqat işləri zamanı daha 4 nəfərə aid insan skeleti aşkar olunduğunu qeyd edib. Eləcə də o, noyabr ayında ekspedisiya tərəfindən Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində tədqiqat işləri aparıldığını və buradan 6 nəfərə aid insan skeletinin fraqmentləri aşkar edildiyini bildirib. O, hazırda ekspedisiyanın Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli kəndləri ərazisində tədqiqat işlərini davam etdirdiyini bildirib.

“Ağdam şəhəri ərazisində yerləşən 4 min illik tarixə malik Üzərliktəpə qədim yaşayış yerində 2022-ci ildə Fərhad Quliyevin rəhbərliyi ilə 8 ay arxeoloji qazıntı işləri aparılıb, 2400 kvadratmetrdən artıq sahə tədqiq olunub və abidə müasir standartlara uyğun öyrənilib”, - deyə baş direktor vurğulayıb. Onun sözlərinə görə, Füzuli rayonu ərazisində yerləşən kurqan çölündə 1, 2, 3 saylı kurqanlar tədqiq olunub. Zaur Həsənovun rəhbərliyi ilə 3 saylı kurqanda 1 avqust-11 dekabr 2022-ci il tarixlərində beynəlxalq ekspedisiya 2000 kvadratmetr sahədə arxeoloji tədqiqatlar aparıb. Ağdam şəhərində “İmarət” arxeoloji ekspedisiyası 1 aydan artıqdır ki, Fərhad Quliyevin rəhbərliyi ilə fəaliyyət göstərir.

Qeyd olunanlarla əlaqədar AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək fikir və təkliflərini səsləndirib. Daha sonra bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.

Elmi şuranın qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Xəzərsahili və sualtı tədqiqatlar sektorunun yaradılması barədə AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda, həmçinin AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, Azərbaycan Elm Fondunun elan etdiyi 2023-cü il üçün “Əsas qrant müsabiqəsi”nə təqdim olunan “Müxtəlif tarixi dövrlərə aid qədim insan yaşayış məskənlərindən əldə edilən antropoloji materiallar əsasında Azərbaycanın genom tarixinin ilkin müqayisəli tədqiqi” adlı qrant layihəsi və s. məsələlər müzakirə olunub. Bundan əlavə, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix, akademik Ziya Bünyadov adına Şərqşünaslıq və Qafqazşünaslıq İnstitutlarının əməkdaşlarının bir sıra şöbələrə müdir və digər vəzifələrə təsdiqlənməsi məsələsi müzakirə olunub.

İclasda görkəmli hüquqşünas alim, akademik Cahangir Kərimovun 100, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin 75 illik yubileyləri ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. Həmçinin AMEA-nın müxbir üzvləri Qara Əhmədovun, Ağasəlim Ələsgərovun 95 illik yubileylərinin qeyd olunması ilə əlaqədar aidiyyəti üzrə elmi-tədqiqat müəssisələrinə məlumat verilib.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur