Amerikalı bəstəkar NASA teleskoplarının topladığı materiallar əsasında simfoniya yaradıb
Bakı, 22 noyabr, AZƏRTAC
Bəstəkar Sofi Kastner NASA-nın “Çandra”, “Habbl” və “Spitser” teleskoplarının topladığı məlumatları musiqiyə çevirib. Onun “Where Parallel Lines Converge” (“Paralel xətlərin kəsişdiyi yer”) adlanan əsəri Qalaktikamızın mərkəzi regionundan ilham alır.
AZƏRTAC “Space” nəşrinə istinadla xəbər verir ki, kompozisiyada bu regionda yerləşən çoxsaylı obyekt və strukturların səsli əksini, məsələn, qaz qabarcıqları, ulduz nüvələri, toz zolağı və səmanın ən parlaq ulduz toplusunun səsini eşitmək olar.
Kastner üç əsas elementdə fikri cəmləşdirmək qərarına gəlib. Birincisi, bu, rentgen diapazonunda aşkarlanan, təsvirdə solda parlaq göy şarla işarələnən ikiqat ulduz sistemidir. İkincisi, qövsşəkilli strukturlar qrupudur. Üçüncüsü -ən nəhəng Süd yolunun mərkəzindəki fövqəlçəkili Oxatan A* qara dəliyidir.
“Mənim məqsədim dinləyicilərin diqqətini bütün məlumatlar toplusu çərçivəsində kiçik hadisələrə çəkmək idi”, - deyə Kastner kompozisiyanın qəbul edilməsi barədə fikirləri ilə bölüşüb.
Səs dalğalarına atomlar və havada uçan molekullar vasitəsilə yayılan titrəyişlər kimi baxmaq lazımdır. Lakin kosmosda səs vibrasiyalarını ötürməyən vakuum var.
Beləliklə “Ceyms Vebb” teleskopundan təsvir infraqırmızı siqnalların optik interpretasiyası olduğu kimi, simfoniya da məlumatların səsli interpretasiyasıdır.
Üç hissədən ibarət kompozisiya soldan sağa çalınır.