AMERİKALI PİANOÇU ROBERT KONVEY “KAPELLHAUS” KAMERA VƏ ORQAN MUSİQİSİ ZALINDA KONSERT VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda qonaq olan amerikalı pianoçu, Detroyt simfonik orkestrinin solisti, Veyn Universitetinin professoru Robert Konvey mayın 15-də “Kapellhaus” kamera və orqan musiqisi zalında konsert proqramı ilə çıxış etmişdir. Musiqiçinin ölkəmizə səfərinə ABŞ-ın Azərbaycandakı səfirliyi sponsorluq edir.
R.Konveyin etiraf etdiyi kimi, o, Azərbaycan musiqisi ilə, o cümlədən müasir musiqi mədəniyyəti xəzinəsinə çox böyük töhfələr vermiş görkəmli Bəstəkar Qara Qarayevin əsərləri ilə Bakıya səfəri ərəfəsində tanış olmuşdur. Amerikada Qara Qarayevin baletləri ifa edilir, konsert salonlarında onun simfonik və kamera-instrumental əsərləri səslənir.
R.Konvey konsert proqramına Azərbaycan və xarici ölkə bəstəkarlarının - Qara Qarayev, Arif Məlikov, Rocer Sessions, Eliott Karter və başqalarının klassik əsərlərini daxil etmişdir. Bu axşam Nicat Salmanov və Fərhad Aşumovun solo çıxışları da olmuşdur.
Xatırladaq ki, amerikalı pianoçu mayın 17-də Gəncədə kamera musiqisi salonunda konsert verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]