Amerikalılar “qara cümə” günü internet alış-verişinə 9 milyard dollar xərcləyib
Bakı, 29 noyabr, AZƏRTAC
ABŞ sakinləri koronavirus pandemiyası şəraitində “qara cümə” - böyük endirimlər günündə internet mağazalarından alış-verişə rekord həcmdə - 9 milyard dollar xərcləyib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın ən iri 100 ticarət mərkəzinin 80-nin məlumatını təhlil edən “Adobe Analytics” kompaniyası informasiya yayıb.
Kompaniyanın məlumatına görə, ötən il bu göstərici 7,4 milyard dollar, 2018-ci ildə isə 6,2 milyard dollar təşkil etmişdi. Tədqiqatçıların sözlərinə görə, internet mağazalara marağın artması pandemiya səbəbindən bir çox ştatda adi ticarət nöqtələrinin fəaliyyətinə məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.
Bu il “qara cümə” günü daha çox mobil qurğulara və müxtəlif məişət əşyalarına maraq göstərilib. Ötən illə müqayisədə zinət əşyaları və ayaqqabıya tələbat xeyli azalıb.
Qeyd edək ki, Şükranlıq günü bayramından sonrakı cümə günü endirim ənənəsinin əsası XIX əsrdə qoyulub. “Qara cümə” termini isə ilk dəfə həmin gün müşahidə olunan böyük tıxaclardan narazı qalan amerikalılar tərəfindən işlədilib. Zaman keçdikcə bu söz neqativ çalarını itirərək istisnasız olaraq ilin ən böyük endirimi üçün istifadə edilib və bütün dünyaya yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]