Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amerikanın analitik saytında Qarabağın mədəni irsi haqqında material dərc edilib

Amerikanın analitik saytında Qarabağın mədəni irsi haqqında material dərc edilib

Vaşinqton, 26 dekabr, AZƏRTAC

ABŞ-ın “Republic Underground” analitik saytında amerikalı jurnalist, hüquqşünas və hüquq müdafiəçisi İrina Sukkermanın sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova ilə Qarabağın mədəni irsi haqqında müsahibəsi dərc edilib.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Smitson İnstitutunun “Alimlər və mədəniyyət təsisatları nə üçün ermənilərin irsini müdafiə etməyə çağırırlar?” sərlövhəli məqaləsi barədə Sizin fikriniz necədir?

-Mən həmin məqalə ilə diqqətlə tanış olmuşam və qeyd etməliyəm ki, bu material hazırda erməni lobbisinin bütün dünyada apardığı genişmiqyaslı kampaniya məcrasında yazılıb. Mən həmin məqalədə irsin qorunub saxlanmasına qayğıdan daha çox, erməni silahlı dəstələrinin işğal etdiyi Qarabağ ərazilərinin işğaldan azad olunması prosesinə diqqəti cəlb etmək arzusunu görürəm. Hazırda bu proses Azərbaycanın, Rusiyanın və Ermənistanın dövlət başçılarının Üçtərəfli Bəyanatına uyğun olaraq həyata keçirilir. Bu proses tamamilə legitimdir və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884 saylı) əsasında icra edilir. Ona görə də bizim əleyhdarlarımız hüquqi baxımdan heç bir əks-dəlil tapmadığı üçün hər hansı vasitələrlə dünya ictimaiyyətini öz tərəflərinə cəlb etməyə çalışır, hər bir insan üçün müqəddəs olan mədəniyyət, tarixi irs, din və digər anlayışlarla spekulyasiya edirlər.

İnanın, mən bir sənətşünas kimi bütün xalqların, - onların qədimliyindən və sayından asılı olmayaraq, - mədəni irsinə çox böyük hörmət bəsləyirəm. UNESCO, Avropa Şurası, ISESCO və digər beynəlxalq təşkilatların fəaliyyəti məhz “ALL DİFFERENT-ALL EQUAL” prinsipi əsasında qurulub. Buna görə mən həqiqətən heyrətlənirəm ki, ağıllı, savadlı, dünya peşəkar birliyi tərəfindən tanınmış insanlar əxlaqi-etik normalara açıq-aşkar etinasızlıq göstərərək, münaqişə tərəflərindən birinin mədəni irsinin qorunub saxlanmasına canıyananlıq edir, amma digər tərəfdə baş verən aşkar faktları görmək və qeyd etmək istəmir; Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş böyük dağıntılara və vandalizm aktlarına göz yumaraq erməni irsini qorumağa çağırırlar. Elə isə, hələ müsəlman məscidlərini demirəm, bizə Qafqaz Albaniyasından miras qalmış ziyarətgahlar və ya rus pravoslav kilsələri necə olsun? Onları qorumaq və bərpa etmək lazım deyilmi? Həmin məqalənin adında səslənən sualın qoyuluşu, yumşaq desək, o qədər də korrekt deyil.

-Siz həmin məqalədə fikirlərindən sitatlar gətirilən sənətşünaslara və digər müəlliflərə necə cavab verərdiniz?

-Mən öz həmkarlarımı, ilk növbədə, Qarabağ münaqişəsi zonasında müharibədən sonra yaranmış vəziyyətə ölçülüb-biçilmiş və obyektiv şəkildə baxmağa, hər iki tərəfin fikirlərini hərtərəfli öyrənməyə çağırardım. Mən onları əcnəbi jurnalistlərin “Azərbaycan Xirosiması” adlandırdığı “kabus şəhər” Ağdama və ya başqa bir şəhərimizə - Füzuliyə aparardım. Bizim Prezident İlham Əliyevin dediyi kimi, bu şəhərdə bircə dənə salamat bina tapılmadı ki, orada Azərbaycan bayrağını ucaldaq. Sonra mən onları anamın Vətəni Şuşaya aparardım. Şuşa, heç şübhəsiz, o yerlərin poeziya və musiqi dühasının (“genius loci”) himayəsi altındadır, çünki məhz bu yerdə vaxtaşırı olaraq Mir Mövsüm Nəvvab, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və Seyid Şuşinski, Vaqif və xan qızı Xurşidbanu Natəvan kimi məşhur bəstəkarlar, musiqiçi və şairlər yaranıb; məşhur Qarabağ muğam məktəbi məhz burada yaranıb.

İşğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da muzeylər və mədəni irs abidələri qəsdən dağıdılıb. Ən biabırçı vandalizm aktlarından biri Şuşada ev-muzeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın “güllələnmiş heykəlləri”dir. Bu heykəllərin taleyi heyrət doğurur. Onlar əvvəlcə erməni yaraqlıları tərəfindən güllələrlə dəlmə-deşik edilib, sonra metal qırıntısı kimi Gürcüstana satılıb və yalnız bir təsadüf nəticəsində Azərbaycan hökuməti bu heykəllərin yerini öyrənib, onları alıb və Bakıya gətirib. Heykəllər indi də Bakıdadır. Ümidvaram ki, yaxın gələcəkdə onları əvvəlki yerinə qaytarmaq mümkün olacaq.

-Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycana aid monumentlər və mədəni irs obyektləri ilə bağlı vəziyyət necədir?

-Qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Ermənistan “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına qoşulub. Bu fakta əsasən, hər iki ölkənin üzərinə çox ciddi öhdəliklər qoyulur və törədilmiş əməllərə görə yüksək məsuliyyət, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. Çox ümid edirəm ki, UNESCO-nun nümayəndə heyəti Azərbaycana inspeksiya səfərindən sonra işğaldan azad edilmiş ərazilərdə vəziyyəti və dağıntıların miqyasını obyektiv qiymətləndirə biləcək.

Mən Den Vaysın və “Metropoliten” İncəsənət Muzeyinin prezidenti və baş direktoru Maks Holleynin regionda mədəni irsi qorumağa səsləyən emosional çağırışını oxudum. Onlar öz müraciətində ... “we implore” (“yalvarırıq”) kimi güclü emosional ifadədən istifadə ediblər. Həmin sənəd kontekstindən məlum olur ki, söhbət ermənilərin mədəni irsindən gedir və bu müraciət Azərbaycan tərəfə ünvanlanıb, yəni müraciət müəlliflərinin qorxusu və refleksiyaları gələcəkdə hipotetik baxımdan mümkün olan, əslində isə, mümkün olmayan dağıntılara aiddir, halbuki azad edilmiş ərazilərdə mədəni irs ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və heç kəs bunu görmək istəmir.

Ümidvaram ki, hörmətli həmkarlarım bu müsahibəni oxuyacaq və mənim bu sualıma cavab verəcəklər: 30 illik işğaldan sonra azad edilmiş torpaqlarda artıq qorumağa heç nə qalmayıbsa, biz azərbaycanlılar kimə və nə barədə yalvarmalıyıq?! Şəhərlər tamamilə dağıdılıb, kəndlər qarət edilib, vaxtilə əkilib-becərilən dinc ərazilərdəki torpaqlar və çiçəkli bağlar indi minalanıb, xəndəklər və hərbi istehkamlarla doludur. Eksponatlarının ümumi sayı 100.000-ə yaxın olan 22 muzey və muzey filialları, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert zalı, 8 mədəniyyət parkı, 700-dən çox tarixi və mədəni abidə, yüzlərlə kitabxana və daha nələr, nələr məhv edilib (bu rəqəmlər ICOM (Beynəlxalq Muzeylər Şurası) tərəfindən Azərbaycan üzrə UNESCO-ya təqdim edilmiş rəsmi arayışdan götürülüb). Məşhur Azərbaycan şairi, XVIII əsrdə Qarabağ xanlığının dövlət xadimi olmuş Molla Pənah Vaqifin məqbərəsi təhqir edilib.

Dini obyektlərə gəldikdə isə, işğal edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsinə qədər fəaliyyətdə olan 67 məsciddən bu gün yalnız üçü qalıb. Bu rəqəmlərə fikir verin! Fəaliyyətdə olan 64 məscid tamamilə dağıdılıb, onların xarabalıqlarında isə ermənilər heyvan saxlayırdı. İşğalçılar Xocavənd rayonunun Kuropatkino kəndində 1894-cü ildə ucaldılmış pravoslav kilsəsini də dağıdıblar. Budur onların din qardaşlarına “hörməti”!

Bəs bütün bu aşkar faktlar bizim hörmətli ekspertlərdə nə üçün “narahatlıq və təşviş” doğurmur?

-Azərbaycanın bütövlükdə bu məsələyə münasibəti necədir?

-Monomilli Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Biz fəxr edirik ki, Azərbaycan xalqı çoxsaylı etnoslardan ibarətdir, burada titul milləti ilə yanaşı, ləzgilər, ruslar, talışlar, avarlar, türklər, yəhudilər, tatlar, ukraynalılar, gürcülər, saxurlar, kürdlər, udilər, ermənilər, tatarlar və digər xalqlar da yaşayır. Bakının lap mərkəzində bərpa olunmuş erməni kilsəsi var, orada erməni dilində nəşr edilmiş minlərlə kitab saxlanılır; azərbaycanlı biznesmen Aydın Qurbanovun şəxsi ianəsi hesabına Bakıda Miradaşıyan Qadınların Kafedral Pravoslav Kilsəsi bərpa edilib; praktiki olaraq, eyni küçədə iki sinaqoq var - aşkenazi yəhudilərinin və dağ yəhudilərinin sinaqoqları; möhtəşəm lüteran kilsəsi dövlətin maliyyə vəsaiti hesabına bərpa edilib; bir neçə il bundan əvvəl Bakıda gözəl katolik məbədi inşa edilib. Azərbaycanın beynəlxalq əməkdaşlıq təcrübəsini öyrənmək də sənətşünas həmkarlarım üçün yəqin ki, maraqlı olardı: Qafqazda ən qədim kilsələrdən biri - Şəki rayonunun Kiş kəndindəki alban kilsəsi Norveç, İsveç və Azərbaycan mütəxəssisləri tərəfindən bərpa edilib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Romadakı Müqəddəs Marçellino və Müqəddəs Pyetro qədim xristian katakombaları bərpa edilib, Müqəddəs Sebastyan bazilika kompleksinin qədim xristian sarkofaqlarının bərpası ilə bağlı işlər davam edir, Həştərxanda knyaz Vladimirə abidə ucaldılıb, Strasburq kafedral kilsəsində beş vitrajın bərpası və Bakıdakı Müqəddəs Məryəm Kilsəsində vitrajlar quraşdırılması üçün vəsait ayrılıb, Bakıdakı Müqəddəs Məryəm-Mövlud Pravoslav Kilsəsinin bərpası üzrə genişmiqyaslı işlər aparılır. Soruşa bilərsiniz: əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir? Bu suala ən yaxşı cavabı xanım Əliyeva özü verib: “Dostluq və qardaşlıq ölkəmizdə yaşayan xalqlara həmişə xas olub, çoxsaylı dini konfessiyaların mövcud olması da bizim böyük sərvətimizdir”.

Sizə elə gəlmirmi ki, bütün dinlərə belə hörmət bəslənilən, bütün milli bayramlarda bütün konfessiyaların nümayəndələrinin birgə iştirak etdiyi ölkədə “xristian irsinin müdafiəsi ilə bağlı narahatlıq” qeyri-təbii və uydurmadır, bu, “narahatlığın” fəal yayılması isə açıq-aşkar siyasi təzyiq vasitəsidir?

Mən həmin məqalədə Erin Bleykmorun Qarabağ münaqişəsinin etnoslararası və dinlərarası təbiəti barədə fikrini də yanlış hesab edirəm, çünki multikulturalizm həm bizim dövlətimizin rəsmi siyasətidir, həm də Azərbaycan vətəndaşları üçün təbii həyat tərzidir, yuxarıda göstərdiyim bütün faktlar bunu real təsdiq edir. Sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm ki, müsəlman azərbaycanlılar xristianlarla - ruslar, ukraynalılar, gürcülər və udinlərlə; yəhudilər, tatlar və Azərbaycanda yaşayan başqa çoxsaylı etnosların nümayəndələri ilə çox səmimi və mehriban dostlar kimi dinc yanaşı yaşayırlar. Bütün bunlar bir daha təsdiq edir ki, münaqişənin əsasını dini və etnik motivlər deyil, erməni tərəfin ərazi iddiaları təşkil edib.

-Bu mövzuda həqiqi informasiyanı Avropada, ABŞ-da, Kanadada necə yaymaq yaxşı olar?

-Bu, uzun illər tələb edən genişmiqyaslı böyük işdir. Bunun üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir. Dövlətlərarası səviyyədə diplomatik kanallar, peşəkarlar arasında - bizim alimlərin xarici ölkələrdə keçirilən konfranslarda mütəmadi iştirakı və ölkəmizdə beynəlxalq konfranslar təşkil edilməsi. İctimai fikrin formalaşmasına gəldikdə, televiziya, elektron resurslar, sosial şəbəkələr, sənədli, ola bilsin həm də bədii filmlər istehsalı belə vasitələrdir. Qeyd etmək lazımdır ki, bizim gənclərin sosial şəbəkələrdə fəallığı müəyyən nəticələr verib. Düşmən tərəfin feykləri kifayət qədər qısa müddətdə aşkar edilir və ifşa olunur, mötəbər informasiya isə müntəzəm surətdə istifadəçilərə çatdırılır.

-Bu məsələ ilə əlaqədar ABŞ Dövlət Departamenti, özəl təşkilatlar və ya universitetlərlə əməkdaşlıq planları varmı? Jurnalistlərlə necə?

-Şəxsən mənim ABŞ Dövlət Departamenti özəl təşkilatlar və universitetlərlə əməkdaşlıq barədə məlumatım yoxdur. Lakin bilirəm ki, hərbi əməliyyatlar dövründə Azərbaycanda akkreditə edilmiş müxtəlif ölkələrin səfirləri erməni silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşləri nəticəsində bütöv yaşayış məhəllələrinin dağıdılması və dinc sakinlərin həlak olması faktlarını öz gözləri ilə görmək üçün Gəncə və Bərdə şəhərlərinə səfər edirdilər. İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 94 nəfər dinc sakin, o cümlədən qocalar, qadınlar və 11 uşaq həlak olub.

Jurnalistlərə gəldikdə isə, onlarla kifayət qədər fəal iş aparılıb, lakin əlbəttə, bu işlər həmin insanların təhlükəsizliyinə riayət edilməsi çərçivəsində aparılırdı, çünki artıq qeyd etdiyim kimi, işğaldan azad edilən bütün ərazilər minalanmışdı və üstəlik, həlak olmuş əsgərlərin cəsədlərinə də minalar bağlanmışdı ki, bu cəsədlər götürülərkən yeni qurbanlar olsun.

-Azərbaycanın mədəni dəyərlərinin xaricdə təbliği ilə bağlı planlar necədir?

-Azərbaycanın mədəni xarici siyasətində “yumşaq qüvvə”dən uğurla istifadə edilir: konsertlər, sərgilər, beynəlxalq kinofestivallarda iştirak, kitabların təqdimatı, xarici dillərdə jurnallar nəşri (təəssüf ki, pandemiya bu planlara öz düzəlişlərini edib). Digər tərəfdən, ölkəmizdə mütəmadi olaraq beynəlxalq humanitar forumlar, ümumdünya kulturologiya konqresləri, beynəlxalq musiqi və teatr festivalları keçirilir. Heydər Əliyev Fondu maddi və qeyri-maddi mədəni irsin qorunub saxlanması və inkişafı, həm yaşlı nəslə mənsub olan mədəniyyət xadimlərinin, həm də gənc istedadların dəstəklənməsi üzrə böyük iş aparır.

Mədəniyyət milli dəyərlər sistemində ən mühüm prioritetlərdən biridir. Mən hesab edirəm ki, şəxsi təşəbbüslər də çox vacibdir, onlar kifayət qədər səmərəli ola bilər. Mənim həmvətənlərim bəzən həddən artıq təvazökar olur, diqqəti özlərinə cəlb etmək istəmirlər. Mən onlara məsləhət görərdim ki, daha cəsarətli olsunlar, ölkəmiz haqqında, bizim mədəniyyətimiz, adət və ənənələrimiz barədə daha çox söhbət açsınlar... Axı bizim danışmağa sözümüz var.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO