AMERİKANIN MƏŞHUR FANTAST YAZIÇISI REY BREDBERİNİN YARADICILIĞI OXUCULARA HƏYAT EŞQİ AŞILAYIR
Bakı, 26 avqust (AZƏRTAC). Dünya şöhrətli Amerika yazıçısı Rey Bredberinin pərəstişkarları fantastika janrının bu canlı klassikinin 90 illik yubileyini tematik sərgilər, kinonümayişlər, əsərlərinin təkrar nəşri ilə qeyd edirlər. R.Bredberi 500-dən çox povest, hekayə, ssenari və məqalənin müəllifidir. Onun “Zəncirotu şərabı”, “R-Raket deməkdir”, “Mars xronikaları”, “Ölüm yalqızlıqdır” və s. kimi əsərləri dünyanın bir çox ölkələrində neçə-neçə nəslin nümayəndələrinin sevimli əsərləridir. Mütəfəkkir yazıçı-filosof ABŞ-ın Milli İncəsənət Medalı ilə təltif edilmiş, Hollivuddakı Şöhrət xiyabanında onun adlı ulduzu açılmışdır.
Rey Bredberi 1920-ci il avqustun 22-də İllinoys ştatında anadan olmuşdur. 1934-cü ildə Bredberilər ailəsi Los-Ancelesə köçmüşdür. Yazıçı bütün ömrünü burada yaşamışdır. Yazıçının pərəstişkarları hər il avqustun 22-28-ni “Bredberi həftəsi” kimi qeyd etmək xahişi ilə Los-Anceles meriyasına müraciət etmişlər.
Builki yubiley tədbirləri çərçivəsində Los-Ancelesin Şavelson-Uebb kitabxanasında R.Bredberinin sənədlərindən və şəxsi əşyalarından ibarət sərgi açılmış, habelə onun məşhur “Farengeyt üzrə 450 dərəcə” povesti əsasında çəkilmiş bədii filmin premyerası nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [14:37]
Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib
- 19.05.2026 [14:36]
Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib
- 19.05.2026 [14:22]
Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb
- 19.05.2026 [13:04]
Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir
- 19.05.2026 [12:32]