İQTİSADİYYAT
“Amrahbank”dan futbol azarkeşləri üçün “Fankart” layihəsi
Bakı, 13 avqust (AZƏRTAC). “Galatasaray” və “Neftçi” futbol klublarının tərəfdaşı olan “Amrahbank” futbol azarkeşlərinə “Fankart” adlı yeni layihə təqdim edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihə plastik kart istifadəçiləri üçün nəzərdə tutulub. Layihə çərçivəsində “MasterCard Standard Neftçi”, “MasterCard Sandard Galatasaray” və “MasterCard Gold Galatasaray” kartları təklif olunur
“Fankart” kart hesabı qalığına 6 faiz illik gəlir hesablanması, kart sahibləri arasında futbol klublarının oyunları ilə bağlı uduşların keçirilməsi, “GS store” mağazalarında endirimlər kimi üstünlüklərə malikdir. Bundan başqa, yaxın gələcəkdə “Fankart” sahibləri üçün müxtəlif aksiyaların keçirilməsi, bonusların tətbiqi nəzərdə tutulur.
Maraqlananlar “Amrahbank”ın filiallarına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]