Anadolu Agentliyi Prezident İlham Əliyevin Rusiya səfərini geniş işıqlandırıb
Ankara, 23 fevral, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyi Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, materiallarda Prezident İlham Əliyevin Ermənistanı götürdüyü öhdəliklərə əməl etməyə çağırdığı qeyd olunub.
Anadolu Agentliyi səfərlə bağlı videomaterial da təqdim edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara