Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubuna keçib
Bakı, 24 may, AZƏRTAC
İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubuna keçib.
AZƏRTAC oyunçunun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Yaponiya klubunun prezidenti ilə paylaşdığı şəkildə “Mən dostum Xikaro Mikitani ilə yeni evə gedirəm” yazıb.
İnyesta aprelin sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı. O, Katalonya klubunda 2002-ci ildən çıxış edib. “Barselona”nın yarımmüdafiəçisi səkkiz dəfə İspaniya çempionu olub, eləcə də beş dəfə İspaniya kubokunu, yeddi dəfə ölkənin Super Kubokunu və dörd dəfə Çempionlar Liqasını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]