Anjey Duda: Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır
Bakı, 22 aprel, AZƏRTAC
Polşa Prezident Anjey Duda ölkəsinin ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Polşanın dövlət başçısı, həmçinin ölkədə ABŞ-ın nüvə silahlarının yerləşdirilməsi məsələsinin Vaşinqton və Varşava arasında danışıqlar mövzusu olduğunu təsdiqləyib.
“Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün bizim ərazimizdə nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq”, - deyə Anjey Duda bildirib.
Prezident Polşanın Şimali Atlantika Alyansında müttəfiqliklə bağlı öhdəliklərinin olduğunu və ümumi siyasət həyata keçirdiklərini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]