Ankara və Aşqabad türkmən qazının Avropaya nəqli məsələlərini müzakirə edəcəklər
Ankara, 30 iyul, AZƏRTAC
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bu gün, iyulun 30-da Türkmənistana səfər edir.
AZƏRTAC xəbər verir ki, türkiyəli nazirin Aşqabadda keçirəcəyi danışıqların gündəliyində türkmən qazının Türkiyəyə və oradan da Avropaya nəqli məsələləri var.
Bu ilin martında Antalyada keçirilmiş Diplomatiya Forumu çərçivəsində iki türk dövləti arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair razılıq əldə olunub. Həmin məsələ bu gün Aşqabadda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar və onun türkmənistanlı həmkarı, “Turkmenqaz” dövlət konserninin sədri Maksat Babayev, həmçinin “Turkmengeologiya” şirkətinin rəhbəri Qurbangəldi Qarliyev arasında ətraflı müzakirə ediləcək.
Bundan başqa, Türkiyə nümayəndə heyətini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da qəbul edəcək.
Türkiyəli nazirin Türkmənistan Baş nazirinin neft və qaz məsələləri üzrə müavini Batır Amanov ilə görüşü də planlaşdırılır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]