Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada Türk Akademiyasının 15 illiyi qeyd olunub

Ankara, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Türkiyə paytaxtında Türk Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirində Türkiyə rəsmiləri, Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndələri, diplomatlar, ekspertlər, analitiklər və Türk dünyasının alimləri iştirak ediblər.

Tədbir Türk Akademiyasının uzunmüddətli fəaliyyətinə həsr olunmuş kitab və foto sərgisinin açılışı ilə başlayıb.

Türk Akademiyasının Türk dünyasında əlaqələrin və inteqrasiya proseslərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə dair videoçarx nümayiş etdirilib.

Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev tədbir iştirakçılarına müraciət edərək rəhbərlik etdiyi təşkilatın missiyasının əhəmiyyətini vurğulayıb.

Ş.Mustafayev Türk Akademiyasını “türk ölkələri və bölgələri arasında elmi və təhsil əməkdaşlığının inkişafına töhfə vermək məqsədi ilə Türk Dövlətləri Təşkilatının himayəsi altında yaradılmış unikal beynəlxalq təşkilat” adlandırıb.

Akademiya rəhbəri qeyd edib: “Türk Akademiyasının missiyası Türk dünyasının elm və təhsilə inteqrasiyasını təşviq etməkdir. Bu kontekstdə müvafiq təşkilatlar arasında tərəfdaşlıq qurmaqla, eləcə də Türk dünyası ilə bağlı tədqiqatların inkişaf etdirilməsi üzrə proqram və layihələrə başlamaqla elmi və təhsil əməkdaşlığını gücləndirmək üçün təşəbbüslər irəli sürülür”.

Türk Akademiyasının rəhbəri xatırladıb ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türk Dövlətləri Dövlət Başçılarının Zirvə Görüşündə Türk dünyasını öyrənmək missiyası olan birgə elmi strukturun yaradılması təklif olunub. Akademiyanın rəhbəri bildirib ki, hazırda Türk Akademiyasına dörd üzv dövlət və iki müşahidəçi ölkə daxildir. “Bu təklif əsasında Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin himayəsi altında 2010-cu il mayın 25-də Astanada Türk Akademiyası açılıb”, -deyə o bildirib.

Ş.Mustafayev qeyd edib ki, Türk Akademiyası tarix, arxeologiya, etnologiya, antropologiya, ədəbiyyat, dilçilik, terminologiya, incəsənət və sosial-iqtisadi məsələlər də daxil olmaqla Türk dünyası tədqiqatlarının müxtəlif aspektlərində əməkdaşlığa töhfə verməyə davam edir.

O, Türk Akademiyasının Türk dünyası tədqiqatları üzrə regional əlaqələndirici mərkəz kimi xidmət göstərməyə davam edəcəyinə əminliyini ifadə edib.

Sonra Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədrinin baş müşaviri və Ankaradakı Əhməd Cavad İnstitutunun direktoru professor Ruhi Ersoy türk xalqları arasında birlik və həmrəyliyin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, Türk dünyasının irsinin qorunması və təbliği müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən UNESCO vasitəsilə xüsusilə vacibdir.

Türkiyə ticarət nazirinin müavini Özgür Volkan Ağar, öz növbəsində, türk ölkələri arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, TDT xalqları bir-birinə daha da yaxınlaşdıran mühüm təməldir.

Nazir müavini deyib: “Əminəm ki, türk dövlətlərinin iqtisadiyyatları arasındakı sinerji Türk Dövlətləri Təşkilatını regional proseslərdə əsas aktorlardan birinə çevirəcək”. O, türk dövlətlərini və sahibkarları təkcə ticarət əlaqələrinin deyil, həm də qarşılıqlı investisiyaların artırılmasına çağırıb.

Özgür Volkan Ağar Zəngəzur dəhlizinin Türkiyəni türk dövlətləri ilə birləşdirən Orta Dəhlizin tərkib hissəsi kimi əhəmiyyətini vurğulayıb. “Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bir yol deyil, həm də Türkiyəni Mərkəzi Asiya ölkələri ilə birləşdirən çox vacib bir marşrutdur”, - deyə Türkiyə ticarət nazirinin müavini çıxışına davam edib.

O, həmçinin türk dövlətləri arasında gömrük prosedurlarının maksimum dərəcədə sadələşdirilməsinin və infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Türkiyənin təhsil naziri Yusuf Tekinin çıxışında ortaq türk tarixi üzrə dərsliklərin hazırlanmasının vacibliyi vurğulanıb. Nazir bildirib ki, 2024-2025-ci tədris ilindən başlayaraq Türkiyədə yeni təhsil modeli tətbiq olunub və bu model, digər məsələlərlə yanaşı, dərsliklərdə "Mərkəzi Asiya" termininin “Türküstan” ilə əvəz edilməsini nəzərdə tutur. O qeyd edib: “Tarixi terminlərin və toponimlərin bərpası üçün atılan addımlar vacibdir, onlar ölkələrimizin və xalqlarımızın inteqrasiya prosesləri üçün elmi və təhsil təməli yaradılmasına səylərini nümayiş etdirir”.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binali Yıldırım çıxışında Türk dünyasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Türk Akademiyasının mütəxəssislərinin iştirakı ilə danışıqların aparıldığı 34 hərfli ortaq türk əlifbasının qəbul edilməsi türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynayıb. “Çox şadam ki, bu gün artıq ortaq əlifbada çap olunmuş kitablara sahibik”, - deyə B.Yıldırım bildirib.

Ağsaqqallar Şurasının rəhbəri, həmçinin Türk dünyası üçün ortaq tarix dərsliklərinin yaradılması səylərinin də uğurlu olacağına əminliyini ifadə edib. O, türk ölkələrində tələbə mübadiləsi proqramlarının təşviq edilməsinin vacibliyini qeyd edərək bildirib ki, UNESCO-nun 15 dekabr tarixini Ümumdünya Türk Dili Ailəsi Günü elan etməsi ilə bağlı qərarı da xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran mühüm addım olub.

Ağsaqqallar Şurasının sədri TDT ölkələri əhalisinin rifahına töhfə verən bir amil kimi Türk dünyası daxilində ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Orta Dəhliz və onun əsas marşrutu olacaq Zəngəzur dəhlizinin inkişafı türk dövlətlərinin iqtisadi yaxınlaşmasına və 2040-cı ilə qədər olan dövr üçün Türk Dövlətləri Təşkilatının İnkişaf Konsepsiyasının həyata keçirilməsinə güclü təkan verəcək.

B. Yıldırım Türk Akademiyasının fəaliyyətinə uğurlar arzulayıb.

Tədbir panel müzakirələri ilə davam etdirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıbŞükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

"Turan Tovuz" - "Fənərbağça" oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

Bitkiçilik məhsullarının ixracı davam etdirilir

® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb

® “Azercell“ə layihə təklifi göndərmək üçün son 8 gün

Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK

Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib

Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq

GDU-da tələbələr üçün müasir kompüter laboratoriyaları və kibertəhlükəsizlik klubu yaradılıb

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

® “Bir”dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

Ağdam məscidinin təmiri tarixi və mənəvi yaddaşın bərpasıdır - ŞƏRH

Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib

Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib

Ekspert: TDT Avrasiyanın mühüm geoiqtisadi aktoruna çevrilir

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 2

Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm”

Könül Hacıyeva: Bakuvinin üç dildə yaradıcılığı Azərbaycan təsəvvüf ədəbiyyatının çoxqatlı xarakterini göstərir

Bəzi yerlərdə duman olacaq

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

IRENA: 2030-cu il hədəfinə çatmaq üçün hər il 1200 giqavat yeni enerji gücü yaradılmalıdır

Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər

Naxçıvanda büdcə təşkilatlarının nümayəndələri üçün “e-mühasibat” altsistemi ilə bağlı təlim baş tutub

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

BDYPİ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu”

“Oxfam” Fransada zəngin varislərin vergiyə cəlb olunmasını təklif edir

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub

Bu saata olan əsas xəbərlər

Ötən il ərzində təkrar mənzil bazarında 41 mindən çox mənzilin alqı-satqısı baş tutub

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK VİDEO

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir

İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda regional əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

İçərişəhərdə sakinlər üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək

Tarixçi-alim: Albanların yaratdığı maddi-mədəni irs nümunələri Azərbaycan xalqının sərvətidir - ŞƏRH

Fransa komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıblar

Ötən gün 51 cinayətin açılması təmin olunub

Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib

Havada normadan artıq toz müşahidə olunur

Azərbaycanda regional futbol federasiyalarının səlahiyyətləri artırılır

Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib

Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində 92 nəfər təhsil alır

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Bilgəhdə dənizdə batan iki nəfərin meyitləri tapılıb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

TƏBİB ilə ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Azərbaycan Ermənistana mövcud vəziyyətdən çıxış yolunu göstərən siyasi jestlər edir - ŞƏRH

Məktəblərdə vahid geyim tələbinin müəyyənləşdirilməsi fərqli yanaşmaların qarşısını alacaq – ekspert

Samuxda sahibkarın müraciəti əsasında 165 heyvan identifikasiya olunub

® “SİMA İmza” ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb

Dövlət qulluğuna qəbul imtahanı vermək üçün 1753 nəfər qeydiyyatdan keçib

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Avropa çempionatı: Azərbaycanın bir boksçusu yarımfinala, digəri 1/4 finala yüksəlib

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qarabağ və Şərqi Zəngəzurun xristian dini mərkəzlərinin tədqiqinə qrant ayrılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan yığmaları Şahmat Olimpiadasında Yunanıstan və Ermənistanla qarşılaşacaq

Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verib

Bu gün Ümumdünya Avtomobilsiz Günüdür

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Kolumbiya səfiri “ASAN xidmət”də olub

Bakının üç rayonunda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq

Sentyabrın 22-si Ümumdünya Filləri Müdafiə Günüdür

Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Dünyada kərgədanların qorunması məsələsinə bu gün xüsusi diqqət yetiriləcək

Maştağada fərdi yaşayış evində partlayış baş verib, xəsarət alanlar var VİDEO

Maştağada fərdi yaşayış evində partlayış baş verib, xəsarət alanlar var VİDEO

Mopeddən oğurluq edən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz VİDEO

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz VİDEO

Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə VİDEO

Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə VİDEO

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb VİDEO

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb VİDEO

Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksəksəviyyəli görüş keçirilir

Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib

İraqın Baş naziri 2027-ci ilədək ölkədəki silahlı qrupların tərk-silah ediləcəyini açıqlayıb

Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Rumıniyada COVID-19-dan ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb