Anke den Ouden: Azərbaycan təhsil sahəsində ən innovativ ölkələrdən biridir
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan təhsil sahəsində ən innovativ ölkələrdən biridir. Biz bu işi davam etdirmək istərdik.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu fikri “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə “Multicountry” klasterinin baş meneceri Anke den Ouden iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən videokonfrans zamanı deyib.
Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıqdan danışan, təmsil etdiyi şirkət tərəfindən hazırlanan innovasiyalar barədə məlumat verən Anke den Ouden “Teams” proqramının təhsil işçiləri, eyni zamanda, müəllimlər üçün çox faydalı olduğunu vurğulayıb: “Biz nəinki Azərbaycan dilinin dəstəklənməsinə sadiqik, eyni zamanda, “Teams” proqramının məlumatlarının dəstəklənməsini də öz öhdəliyimiz kimi görürük”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:07]
Kanadalı şair Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü
- 08.10.2026 [14:35]
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [12:44]