Antalyaya gələn xarici turistlərin sayı ötən illərlə müqayisədə xeyli aşağıdır
Ankara, 22 avqust, AZƏRTAC
Türkiyənin Antalya bölgəsinə xarici ölkələrdən aviareyslərin bərpa edilməsinə baxmayaraq turistlərin sayı əvvəlki illərlə müqayisədə çox azdır. Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşən bu sayı sürətlə artırmaq imkanı geniş deyil. Çünki mövsüm başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, Antalya cari ilin ilk günündən avqustun 19-dək 1 milyon 87 min 959 xarici turist qəbul edib. Bu müddətdə 31 ölkədən gələn turistlər arasında sayca ukraynalılar birinci, rusiyalılar ikinci yerdədir.
Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında Antalya 193 ölkədən 5 milyon 591 min 996 xarici turist qəbul edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]