Antoni Marsial “Mançester Yunayted”i tərk edir
Bakı, 25 yanvar, AZƏRTAC
“Sevilya” klubu “Mançester Yunayted”in hücumçusu Antoni Marsialı icarəyə götürəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Məlumatda qeyd edilir ki, fransalı futbolçu mövsümün ikinci yarısını İspaniya klubunda keçirəcək. “Sevilya” futbolçunun məvacibini tam ödəyəcək. Yaxın vaxtlarda o, İspaniyaya uçacaq.
Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb və 1 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]