Aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31 dərəcə isti olub
Bakı, 22 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 22-si saat 8:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 23, Naftalanda 24, Goranboyda 23, Mingəçevirdə 20, Tərtərdə 18, Gəncədə 16 metrə çatır.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan Muxtar Respublikasında 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.
Bəzi dağlıq və dağətəyi rayonlarda - Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]
Əmək Məcəlləsində dəyişiklik edilir
- 16.10.2026 [13:01]
FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var
- 16.10.2026 [12:51]