Aprelin 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-95 faiz, gündüz 55-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz olacaq.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 16-21°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər zəif duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-19°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-18° isti,
dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 2-dən 4-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas
insanlar üçün əsasən əlverişlidir.