Aprelin 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-10°, gündüz 14-19°, bəzi yerlərdə 21°-dək isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 5-10°, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 5-10°, gündüz 16-21° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 5-10° , gündüz 15-20°, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 16-21°, bəzi yerlərdə 25°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 7-11°, gündüz 16-21°, dağlarda gecə 0-5°, gündüz 11-16° isti olacağı gözlənilir.