“Aqafangelin “Patmutyun hayots”u: erməni tarixinin iflası” kitabı MEK-ə hədiyyə edilib
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) tədqiqatçı Abbas İslamovın “Aqafangelin “Patmutyun hayots”u: erməni tarixinin iflası” kitabı hədiyyə edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitab erməni ədəbiyyatının klassiklərindən olan Aqafangelin əsərinin tənqidi təhlilinə həsr edilib. Aqafangelin əsəri yeganə mənbədir ki, ermənilər onun əsasında xristianlığın ilk olaraq mifik “haylar ölkəsi”nin dövlət dini elan edilməsi barədə tarixi (301-ci il) ənənənin əfsanəsini yaradıblar.
Kitabda aparılan təhlillər sübut edir ki, Aqafangelin əsəri heç bir tarixi fakta malik deyil, cəfəng, xronologiyası olmayan uydurmalardan, Bibliyadan plagiatlardan ibarətdir. Aqafangelin əsərinin əsl məzmununun açılması radikal etnik millətçiliyə mübtəla olmuş hay tarixi ənənələr nəzəriyyəsinin iflası deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]