REGİONLAR
AQRAR MƏSƏLƏLƏRƏ HƏSR OLUNMUŞ SEMİNAR-MÜŞAVİRƏ
Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsində 2004-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrə həsr olunmuş seminar-müşavirə keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müşavirədə Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli rayonları icra hakimiyyətləri başçılarının kənd təsərrüfatı məsələləri üzrə müavinləri, regional aqrar elm mərkəzlərinin direktorları, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı, Dövlət Torpaq və Xəritəçəkmə komitələrinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, emalçıların, xidmət strukturlarının nümayəndələri iştirak etmişlər.
Seminar-müşavirədə çıxış edən natiqlər Dövlət Proqramına əsasən rayonlar üzrə həyata keçiriləcək tədbirlərdən danışmışlar.