“AQROLİZİNQSERVİS” MÜƏSSİSƏSİ YENİ TEXNİKA ALMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Sabirabad rayonunun Bulaqlı kəndində yaradılmış “Aqrolizinqservis” müəssisəsi ilə tanış olmuşdur.
Xatirladaq ki, dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış “Aqrolizinq” Səhmdar Cəmiyyəti fermerlərin maşın və texnika ilə təmin edilməsində mühüm rol oynayır. 2005-ci ildən bəri cəmiyyət dövlət büdcəsindən ayrılmış vəsait hesabına güzəştli şərtlərlə torpaq sahiblərinə 565 taxılyığan kombayn, 1778 traktor, 120 ekskavator, 21 texniki avadanlıq, 4396 digər kənd təsərrüfatı maşınları, 161 min ton mineral gübrə vermişdir.
Bulaqlı kəndində yaradılmış bu müəssisə də yerli fermerlərin işini xeyli asanlaşdırır.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu, yeni alınmış texnikaya baxdı.
Məlumat verildi ki, “Aqrolizinqservis”in inzibati binası, texnikanın saxlanması üçün parkı və təmir sexləri inşa edilmişdir. İndiyədək 158 adda texnika alınmışdır. Bunlar kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan fermerlərə sərfəli şərtlərlə veriləcəkdir.
Prezident İlham Əliyev ölkəmizdə kəndli fermer təsərrüfatlarının, özəl sektorun inkişafına dövlət tərəfindən qayğının bundan sonra da davam etdiriləcəyini bildirdi.
Bununla da Prezidentin Sabirabad rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |

