Aran bölgəsində cüdo turnirinə start verilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlarda silsilə yarışların keçirilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Bərdədə keçirilən Aran bölgəsi birinciliyində 109 cüdoçu medallar uğrunda mübarizə aparır. 2000-2002-ci il təvəllüdlü cüdoçular arasında 7, 2003-2005-ci il təvəllüdlülərin mübarizəsində isə 9 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Turnirdə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Laçın (Taxta körpü), Ucar, Yevlax və Zərdabın cüdo məktəblərinin yetirmələri qüvvələrini sınayırlar.