ARDNŞ AVQUST AYINDA 757,1 MİN TON NEFT HASİL ETMİŞDİR
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cari ilin səkkiz ayı ərzində 5953,1 min ton neft hasil etmişdir. Şirkətin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, nəzərdə tutulan həcmdən 1,6 faiz və ya 94,4 min ton çoxdur.
ARDNŞ avqust ayında 757,1 min ton neft çıxarmışdır ki, bu da həmin ay üçün nəzərdə tutulduğundan 1,3 faiz və ya 9,8 min ton artıqdır.
Mətbuat xidmətinin məlumatına görə, ilin əvvəlindən bəri müştərək müəssisələr tərəfindən 568,5 min ton neft hasil edilmişdir. Bu, proqnozlaşdırılandan 13,9 faiz və ya 69,2 min ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]