ARDNŞ-İN BAYRAM HƏDİYYƏSİ
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin tabeliyində olan idarə və müəssisələr himayəyə götürdükləri şəhid, əlil və qaçqın-köçkün ailələrinə Qurban bayramı münasibətilə maddi yardım etmişlər.
Şirkətin strukturunda çalışan hər bir işçiyə isə Yeni il və Qurban bayramı münasibətilə 200 min manat mükafat verilmişdir.