AREA rəsmisi: 2030-cu ilə qədər 7 QVt həcmində enerji mənbələri tikilir
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan enerji strategiyası 3 mərhələyə bölünür. Birinci neft yataqlarının işlənməsi, ikinci qaz yataqlarının işlənməsi və bərpa olunan enerji mənbələridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin (AREA) şöbə müdiri vəzifəsini icra edən Cəbrayıl Əliyev bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 iqtisadi forumda deyib.
“Ölkəmizdə bərpa olunan enerji mənbələri genişlənir. 2030-cu ilə qədər 7 QVt enerji mənbələri tikilir. Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji mənbələri yaratmaqdır. Bu istiqamətdə işlər aparılır. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var”, - deyə Cəbrayıl Əliyev vurğulayıb.