ARGENTİNA PREZİDENTİ AMERİKALI HƏMKARINA 150 KQ QUZU ƏTİ HƏDİYYƏ ETMİŞDİR
Adətən, hədiyyələr bəxşişverənlərin təmsil etdikləri ölkələrin nə kimi maddi imkanlara malik olduğunu göstərir.
2003-cü ildə ən səxavətlilər Səudiyyə Ərəbistanı məlik ailəsinin üzvləri olmuşlar. Onlar üst-üstə təxminən 130 min dollarlıq hədiyyələr etmişlər. Məsələn, Abdulla bin Əbdüləziz ABŞ Prezidentinin xanımına daş-qaşla bəzədilmiş qarnitur bağışlamışdır. Onun qiyməti 95.500 dollardır. C.Buşun özünə isə qızıl və gümüşlə işlənmiş 8.500 dollar dəyərində buxarı saatı hədiyyə edilmişdir.
Ən gözlənilməz hədiyyəni çox ağır maliyyə böhranı keçirən, lakin heyvandarlığı ilə məşhur olan Argentinanın Prezidenti Nestor Kirşner vermişdir. O, Vaşinqtona bu yaxınlardakı səfəri zamanı həmkarı C.Buşa 150 kiloqram quzu əti bağışlamışdır. Amma C.Buş ətin heç üzünü də görməmişdir. Belə ki, ABŞ qanunlarına görə, ölkənin rəsmi şəxslərinə verilən bütün bəxşişlər, avtomatik olaraq, hökumətin mülkiyyətinə keçir və onlardan ancaq müvafiq idarələr istifadə edə bilər. Odur ki, Argentina Prezidentinin hədiyyəsini – 1.500 dollar məbləğində qiymətləndirilən əti Ağ ev xeyriyyə mətbəxlərinə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]