Argentinada bu il denge qızdırmasına yoluxan insanların sayı yarım milyonu keçib
Bakı, 10 iyun, AZƏRTAC
Argentinada bu il yarım milyondan çox insan denge qızdırmasına yoluxub ki, bu da ötən illə müqayisədə 3,26 dəfə çox yoluxma deməkdir.
AZƏRTAC xəbər verir ki, Argentina Səhiyyə Nazirliyinin Milli Epidemioloji Bülleteninə görə, ən çox yoluxma halı Mərkəzi bölgədə qeydə alınıb. Burada yoluxma ümumi sayın 61,9 faizini təşkil edir, ikinci yerdə 22,8 faizlə Şimal-Qərb bölgəsi və 13,1 faizlə Şimal-Şərq bölgəsidir.
Xəstəlik Cənubi Amerika ölkəsinin 24 rayonundan 19-da yayılıb və bu mövsüm ümumilikdə 365 nəfərin ölümünə səbəb olub.
Ölümlər bütün yaş qrupları arasında baş verib, lakin ən yüksək nisbət 80 və ya daha yuxarı yaşda olanlar arasında müşahidə edilib. Bülletendə deyilir ki, ölüm halları arasında ən çox görülən əlamət və simptomlar qızdırma, başağrısı, ürəkbulanma, qusma, ishal və qarın ağrısıdır.
Prioritet rayonlarda, əsasən, 15-39 yaş arası insanlar üçün peyvənd kampaniyasına start verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]