Argentinada inflyasiya son 32 ildə ən yüksək səviyyəyə çatıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Cari ilin avqustunda Argentinada qiymət artımı 12,4 faiz olub ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir.
Məlumata görə, avqust ayında ən çox bahalaşma ərzaq qiymətlərində (15,6 faiz) olub. Sonrakı yerlərdə isə səhiyyə xidmətləri (15,3 faiz) və məişət texnikası (14,1 faiz) qərarlaşıb.
Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. Ötən ilin sonunda qiymət artımı 94,8 faiz, 2021-ci ildə 50,9 faiz, 2020-ci ildə 36,1 faiz, 2019-cu ildə 53,8 faiz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]