Argentinalı hücumçu “İnter”in tarixinə düşüb
Bakı, 26 fevral, AZƏRTAC
İtaliyanın “İnter” klubunun futbolçusu Lautaro Martinez komandanın tarixinə düşüb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Milan təmsilçisinin A Seriyası tarixində 100 qol səddini keçən üçüncü əcnəbi oyunçusu olub.
Argentinalı forvard ölkə çempionatının XXVI turunun “Leççe” ilə matçında dubl etməklə 101-ci qoluna imza atıb.
“İnter”in heyətində daha əvvəl bunu macarıstanlı İştvan Nyörş (133) və argentinalı Mauro İkardi (111) bacarıb.
Lautaro Martines, həmçinin Qabriel Batistuta, Ernan Krespo, Qonsalo İquain, Mauro İkardi, Abel Balbo və Paulo Dibaladan sonra A Seriyasında 100 qol vuran yeddinci argentinalı futbolçu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]