“Arsenal” klubu “Lill”in müdafiəçisi Qabrieli transfer etmək istəyir
Bakı, 18 avqust, AZƏRTAC
“Arsenal” futbol klubu braziliyalı müdafiəçi Qabrieli transfer etmək üçün “Lill” ilə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın məşhur idman jurnalisti Nikola Skira məlumat yayıb. Mənbənin yazdığına görə, londonlular Qabrielə görə “Lill”ə 25+3 milyon avro təklif edir.
“Lill”in də bu məsələdə “Napoli” qarşısında öhdəliyi var. Belə ki, anlaşmaya görə Kulibali Neapol klubundan ayrılacağı halda, Qabriel bu komandaya üz tutmalıdır. “Napoli” Qabrielə görə “Lill”ə 22+3 milyon avro təklif edir.
Qabrielin xidmətində “Mançester Yunayted” və “Everton” da maraqlıdır.
İyirmi iki yaşlı braziliyalı 2017-ci ildə 3 milyon avro müqabilində “Avai” klubundan “Lill”ə keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]