ARŞIN MAL ALAN OPERETTASININ 90 İLLİYİ QEYD OLUNMUŞDUR
Tədbir iştirakçıları əvvəlcə operettanın yubileyi ilə əlaqədar təşkil olunmuş foto-sərğiyə tamaşa etmişlər.
Muzeyin direktoru Səadət Qarabağlı “Dünya şöhrətli Arşın mal alan” mövzusunda məruzə etmişdir. Məruzədə ötən illər ərzində operettanın səhnə taleyindən, Azərbayanda bu janrın inkişafında və onun kütləvilik qazanmasında böyük sənəntkarın xidmətlərindən ətraflı söz açmışdır.
Musiqişünas Zemfira Səfərova, kinoşünas Aydın Kazımzadə, Saley bəy Qarabaği, Azərbaycan Dövlət Səsyazmarlar Arxivinin direktoru Həsənxan Mədətov və başqaları tədbirdə çıxış etmişlər.
Yığıncaqda bildirilmişdir ki, “Arşın mal alan” operettası ilk dəfə 90 iləvvəl 1913-cü il oktyabrın 25-də tamaşaya qoyulmuşdur. Lakin dahi Üzeyir Hacıbəyov Sankt-Peterburqda olduğundan tamaşaya baxa bilməmişdir.
Hüseynqulu Sarabskının rejissorluq, Müslüm Maqomayevin drijorluq etdiyi tamaşanın səhnə taleyi uğurlu omuşldur. Ötən illər ərzində bu tamaşa 67 dilə tərcümə olunmuş, 50 ölkədə 120-dən artıq səhnə həyatı yaşamışdır.
1945-ci ildə isə bu əsər əsasında ilk kino çəkilmişdir.
Tədbirdə xalq artisti Lütfiyar İmanov Əsgərin ariyasını oxumuş, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tamaşadan parçalar göstərmişlər.