İQTİSADİYYAT
“Asan imza” xidməti “Nar Mobile” ilə daha da asanlaşdı
Bakı, 12 sentyabr (AZƏRTAC). “Nar Mobile” mobil operatoru “Asan imza” mobil elektron imza xidməti göstərən mağazalarının sayını artırır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, abonentlər Bakı şəhərindəki bütün “Nar dünyası” mağazalarında, eləcə də Sumqayıtdakı hər iki mağazada “Asan imza” xidmətindən yararlana biləcəklər.
Bundan başqa, Vergilər Nazirliyinin Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, 56 ünvanda yerləşən “195” Çağrı Mərkəzində, eləcə də Sabunçu rayonunda fəaliyyət göstərən “Asan xidmət-4” mərkəzində də “Asan imza” xidmətindən yararlanmaq mümkündür.
Əlavə məlumat www.narmobile.az və www.asanimza.az saytlarında yerləşdirilib.