Azərbaycan Dövlət İnformasiya Agentliyi

Asayiş keşikçilərini qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək lazımdır

Asayiş keşikçilərini qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək lazımdır

Bakı, 12 fevral, AZƏRTAC

Ölkəmiz öz qürurlu tarixində daha bir siyasi kampaniyanı uğurla başa vurdu. Fevralın 9-da keçirilmiş parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti addım kimi yaddaşlara yazıldı. Bunu təkcə ölkə ictimaiyyəti deyil, seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də öz hesabatlarında, açıqlamalarında xüsusi olaraq vurğuladılar. Heç şübhəsiz ki, bu faktlar, demokratik, şəffaf və ədalətli formada təşkil olunan parlament seçkiləri həyata keçirilən siyasi islahatların növbəti mərhələsi kimi yüksək qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, ölkəmizin uğurlarına sevinənlərlə bərabər, inkişafımıza qısqanclıqla yanaşan xarici və daxili dairələr də öz çirkin əməlləri ilə hələ də “nəfəs aldıqlarını” nümayiş etdirməyə çalışırlar: “Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda da qeyd edildiyi kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxs icazəsiz aksiya keçirməyə cəhd edib. MSK nümayəndələri onlarla söhbət aparmağa çalışıblar, amma icazəsiz aksiyada iştirak edənlər buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdiriblər. Əraziyə gələn polis əməkdaşları qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Bütün xəbərdarlıqlara baxmayaraq, onlar yenə də öz əməllərindən əl çəkməyiblər. Təbii olaraq polis qanunun tələb etdiyi kimi, öz vəzifə borcunu yerinə yetirərək bu qeyri-qanuni aksiyanın qarşısını alıb. Bu, bir qürurverici faktdır ki, Azərbaycan hüquqi dövlətdir. Ona görə də hər kəs ölkə qanunlarına əməl etməli, ona tabe olmalıdır. Təbii ki, belə özbaşınalıqların qarşısı daim dövlətçiliyin keşiyində dayanan Azərbaycan polisi tərəfindən qətiyyətlə alınacaq, qanunsuz əməllərə və hərəkətlərə hüquqi qiymət veriləcək.

Parlament seçkilərində məğlub olmuş bəzilərinin sifarişini yerinə yetirən bu qanun pozucuları dərk etməlidirlər ki, Azərbaycanın Milli Məclisi 125 nəfərdən formalaşır və qanunverici orqana ən yüksək səs toplamış qaliblər deputat seçilir. Bu il parlament seçkilərində rekord həddə namizəd qeydə alınmışdır. Namizəd olmuş 1500-ə yaxın insanın hamısını 125 yerə sığışdırmaq mümkün deyil. Bu, seçkidir. Bu, bir siyasi mədəniyyət tələb edən böyük siyasi aksiyadır. Bu reallığı hər kəs anlamalı, məğlub olmuşlar isə öz riyakar niyyətlərindən əl çəkməli, məğlubiyyətlərini etiraf etməli, qalib olmuşlara xoş arzularını ifadə etməlidirlər. Budur sivil seçki mədəniyyətinə xidmət, bunun əksinə olaraq qanunları pozub hansısa qüvvənin, yaxud kimlərinsə çirkin sifarişlərini yerinə yetirmək ən böyük cinayətdir. Cinayət isə cəzasız qalmamalıdır”.

YAP-ın Siyasi Şurasının üzvü bildirib ki, kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar qanunun aliliyinə və insanların seçiminə hörmətlə yanaşmalı, qanunun qarşısında bərabərhüquqlu məsuliyyət daşımalıdır. Şübhə etmirəm ki, bu hərəkətləri və əməlləri törədənlərə qarşı qanunun aliliyi ilə yanaşılacaq, qanunu pozan insanlar layiqli cəzalarını alacaqlar.

Baş redaktor vurğulayıb ki, 9 fevral parlament seçkilərində səsvermə zamanı sosial şəbəkələrdə yayılan bəzi videolarda polisin guya zorakılığa yol verməsi ilə bağlı fikirlər formalaşdırılmağa da cəhdlər olub: “Sözsüz ki, bütün bunlar qərəzli və ədalətsiz yanaşmalardır. Qeyd edək ki, polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edir, qanunauyğun tədbirlər həyata keçirir. Bəli, biz bir məntəqədə buna rast gəlmişik. Məntəqə sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmət aparan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Polis həmin şəxsi nizam-intizama dəvət edib, ondan məntəqəni tərk etməsini istəyib. Amma həmin şəxs polisin qanuni tələbinə əməl etməyib və müqavimət göstərib. Polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıblar. Ciddi xəbərdarlıqdan sonra onun yenidən məntəqəyə daxil olmasına icazə verilib. Hesab edirəm ki, polis səsvermə günü öz xidmətini yüksək səviyyədə, qanunun tələbinə uyğun formada həyata keçirib, seçicilərin rahat formada səs verməsi üçün lazım olan bütün tədbirlər görülüb”.

V.Rəhimzadə əlavə edib ki, polisi qaralamaq, onun fəaliyyətinə kölgə salmaq siyasi riyakarlıqdır və bu kimi hallar qəbuledilməzdir: “Nəzərə almaq lazımdır ki, polis qanunun ona verdiyi imkanlar daxilində hərəkət edir. Polisin əsas vəzifəsi isə ölkədə asayişi, insanların təhlükəsizliyini qorumaqdır. Əgər kimsə qanunu pozursa, mütləq qarşısında asayiş keşikçisini görəcək. Bu, dünyanın hər yerində belədir. Götürək elə Avropa ölkələrini. Zaman-zaman biz bu ölkələrdə insanların keçirdikləri aksiyaların və polislə qarşıdurmaların şahidi oluruq. Heç kim deyə bilməz ki, qanunu kobud şəkildə pozan, vəhşilik edən hansısa şəxsin hərəkətlərinə göz yumulur. Əgər kimsə polisin nəzakətli formada edilən tələbinə əməl etmirsə, ona qarşı güc tətbiq etmək artıq qaçılmazdır. Bütün bunlar da polisin qanuni vəzifələridir. Hər zaman təhlükəsizliyimizin keşiyində dayanan, şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək və polisin qanuni tələblərinə sözsüz əməl etmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb