ASEAN ölkələri ABŞ və Şimali Koreyanı danışıqları bərpa etməyə çağırıb
Tokio, 4 avqust, AZƏRTAC
Cənub-Şərqi Asiya Dövlətlərinin (ASEAN) regional forumu ABŞ və Şimali Koreyanı Pxenyanın nüvə silahının ləğvi ilə bağlı işçi danışıqları bərpa etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, forumun nazirlər görüşü iyulun 3-də Tailandda keçirilib. Görüşdə ASEAN üzvü olan 10 ölkə ilə yanaşı, Yaponiya, ABŞ, Çin və Şimali Koreyanın da nümayəndələri iştirak ediblər.
Diqqət mərkəzində olan məsələlər içərisində ABŞ və Şimali Koreya arasında Pxenyanın nüvə silahının ləğvi ilə bağlı danışıqların bərpa ediləcəyi xüsusi yer tutub.
Lakin Pxenyan Tailanda nüvə silahının ləğvi üzrə danışıqlarda önəmli rol oynayan Şimali Koreyanın xarici işlər naziri Ri Ryon Xonu göndərməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]