Asiya regionu üzrə “President Cup” turnirində parataekvondoçularımız üç medal qazanıblar
Bakı, 15 mart, AZƏRTAC
Tehranda parataekvondoçular arasında keçirilən “President Cup” G-2 kateqoriyalı beynəlxalq turnir yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Asiya regionu üzrə təşkil edilən turnirə beş idmançı ilə qatılan Azərbaycan komandası üç medalla dördüncü yerə sahib olub. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş, Əbülfəz Abuzərli isə (K-44, 80 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, bundan əvvəl böyüklərdən ibarət taekvondo komandamız da turnirdə iki gümüş və üç bürünc medal əldə edərək komanda hesabında dördüncü pillədə qərarlaşıblar.