Asiya-Sakit okean regionunda iqtisadi inkişafın zəifləyəcəyi proqnozlaşdırılır
Tokio, 4 aprel, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) cari ildə Asiya-Sakit okean regionunda iqtisadi inkişafın zəifləyəcəyini proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, buna əsas səbəb kimi ABŞ ilə Çin arasında davam edən ticari çəkişmə göstərilir.
AİB-in proqnozuna görə, özündə təqribən 45 ölkəni və ərazi vahidini birləşdirən inkişaf edən Asiya qrupu çərçivəsində iqtisadi inkişaf çox güman ki, 5,7 faiz təşkil edəcək. Bu, ötən illə müqayisədə 0,2 faiz aşağıdır.
Həmçinin Çinin inkişafının daha çox zəifləyəcəyi proqnozlaşdırılır. Belə ki, bu ölkənin iqtisadi artımının 6,3 faiz olacağı gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 0,3 faiz aşağıdır. ABŞ-la davam edən ticari fikir ayrılıqlarının Çin məhsullarının ixracına maneə yaradacağı gözlənilir.
Mütəxəssislər Çin üçün digər əlverişsiz faktor kimi istehlak xərclərinin maliyyələşməsinin qeyri-şəffaf olmasını, xüsusən də kölgəli bank biznesini, həmçinin ev bazarının tənzimlənməsinə təzyiqləri qeyd edirlər.
Asiya-Sakit okean regionuna təsir göstərən ümumi faktorlar içərisində ABŞ və Çin arasında ticari mübahisə ilə yanaşı, Birləşmiş Ştatların maliyyə siyasəti, həmçinin Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə yaranan qarışıqlıq da göstərilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]