Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-DA AZƏRBAYCANLI DEPUTATIN ÇIXIŞI MARAQ DOĞURMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının növbəti iş günündə Türkiyədə demokratik təsisatların fəaliyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti və digər məsələlər müzakirə edilmişdir.

Türkiyəyə dair məruzəçi belçikalı deputat Luk Van den Brandın və digər natiqlərin çıxışlarında son illər demokratiyanın inkişafı istiqamətində ölkədə aparılmış uğurlu siyasətə, iqtidarda olan Ədalət və İnkişaf Partiyasının fəaliyyətinə toxunulmuş, məhkəmənin bu partiyaya qarşı qaldırdığı iddialardan bəhs edilmiş, 1961-ci ildən ötən dövr ərzində məhkəmələrin 20-dən artıq partiyanın fəaliyyətini dayandırmasına dair qərarlarının demokratik dəyərlərə qarşı təzyiq vasitəsi kimi səciyyələndirilmişdir. İslam dəyərləri əsasında formalaşmış Ədalət və İnkişaf Partiyasının ölkədə diqqətəlayiq islahatlar apardığı, məhz bunun sayəsində keçirilmiş prezident seçkilərində bu partiyanın inamlı qələbə qazandığı diqqətə çatdırılmışdır.

Avropalı deputatlar partiyanın fəaliyyətini dəstəklədiklərini birmənalı şəkildə bildirmiş və ona qarşı yönəlmiş təzyiqlərə son qoyulmasını tələb etmişlər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti üzrə böyük britaniyalı deputat M.Hankokk və komitənin sədri Yakob Kellenbergerin məlumatında 1863-cü ildə yaradılmış bu qurumun fəaliyyətindən bəhs olunmuş, onun dünyanın 80 ölkəsində ofisinin və 12 min əməkdaşının silahlı münaqişə zəminində qaçqın düşmüş, zorakılığa məruz qalmış milyonlarla insana humanitar yardım göstərdiyi qeyd edilmişdir. Əsasən Belçika, Fransa, Böyük Britaniya, Danimarka, Almaniya, İtaliya, Hollandiya, Norveç, İsveç, İspaniya və İsveçrə tərəfindən maliyyələşdirilən komitənin keçmiş Yuqoslaviyada və Cənubi Qafqazda münaqişələr zamanı itkin düşmüş şəxslərin axtarışı sahəsindəki işləri yüksək qiymətləndirilmiş, qaçqın və məcburi köçkünlərə humanitar yardımı istiqamətindəki fəaliyyətinin bütün dünya, o cümlədən Avropa Şurası tərəfindən dəstəkləndiyi vurğulanmışdır.

Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu mövzu ilə bağlı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar 2008-ci il aprelin 14-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında mərkəzləşdirilmiş çərçivə sazişinin bağlandığını diqqətə çatdırmışdır. Deputat Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salındığını, itkin düşmüş 4.264 nəfərdən 47-nin uşaq, 262 nəfərin qadın, 350-nin isə yaşlı adamlar olduğunu, 783 azərbaycanlının hərbi əməliyyatların gedişində erməni hərbi birləşmələri tərəfindən əsir və girov götürüldüyünü xatırlatmışdır. O bildirmişdir ki, əsir düşmüş və girov götürülmüş şəxslər barədə Azərbaycan ilə Ermənistan arasında ümümi razılıq əldə edilməsinə baxmayaraq, erməni tərəfinin beynəlxalq hüquq normalarını pozaraq əsirlikdə olan azərbaycanlılara işgəncələr verdiyini qeyd etmişdir. Q.Paşayeva bu faktların Ermənistan tərəfinin israrla inkar etməsi faktını pisləmişdir.

Azərbaycanlı deputat ölkə rəhbərliyinin gördüyü tədbirlər və Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində 1.396 Azərbaycan vətəndaşının erməni əsirliyindən və girovluğundan azad olunduğunu bəyan etmişdir. Son illər aparılmış araşdırmalar nəticəsində 107 nəfərin sağ qaldığını və onların işğal altındakı ərazilərdə saxlandığını diqqətə çatdıran Q.Paşayeva, qeyri-insani münasibət üzündən əksəriyyətinin sağlamlığını itirdiyini bildirmişdir.

Deputat hələ də Azərbaycanda yüzlərlə ailənin öz doğmalarının əsirlikdən azad olunacağına böyük ümid bəslədiyini qeyd etmiş, komitənin sədrini və Assambleyanın deputatlarını itkin düşmüş və girov götürülmüş insanların taleyinə biganə qalmamağa, intizarla yaşayan ailələrə əzizlərinin qaytarılmasına yaxından kömək göstərməyə çağırmışdır.

Azərbaycanlı deputatın çıxışı maraq doğurmuş və alqışlara səbəb olmuşdur.

Sessiyanın gedişi zamanı deputatlara əsir və girov götürülmüş, itkin düşmüş insanlardan bəhs edən “Bizi əsirlikdən qurtarın!” kitabı paylanmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub