AŞPA-NIN BİR NEÇƏ KOMİTƏSİ ÖZ İCLASLARINI BAKIDA KEÇİRMƏK NİYYƏTİNDƏDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, Milli Məclisə mayın 13-də keçirilmiş təkrar seçkilər Avropa Şurasında müsbət təəssürat oyatmışdır. AŞPA-nın Monitorinq Komitəsinin iclasında bu məsələ ilə bağlı çıxış edən deputatlar 13 may seçkilərinin açıq və demokratik şəraitdə keçirildiyini bildirmişlər. Ona görə də təkrar parlament seçkiləri AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılmaya bilər. Bir neçə gündən sonra Moskvada AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək və ola bilsin ki, təkrar parlament seçkiləri Daimi Komitədə müzakirə olunsun və bununla da, seçki məsələsi yekunlaşsın.
S.Seyidov onu da bildirib ki, rəsmi Bakı quruma münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı müraciət edib. Müraciətdə gələcək əməkdaşlığın yüksək səviyyədə təşkil olunması vurğulanır. Həm seçkilər, həm də Azərbaycanın gələcəkdə danışıqlar aparması və lazım olan problemləri həll etməsi göstərir ki, ölkəmiz Avropa Şurasında konstruktiv mövqe nümayiş etdirir.
Nümayəndə heyətimizin rəhbərinin sözlərinə görə, AŞPA-nın bir neçə komitəsi öz iclaslarını Bakıda keçirmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]