AŞPA-NIN DAİMİ KOMİTƏSİNİN İCLASINDA
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclasında iştirak etmək üçün mayın 28-də Moskva şəhərinə yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, yığıncaqda Azərbaycan parlamentinə keçirilmiş təkrar seçkilərin nəticələri, Avropa Şurasının iqtisadi fəaliyyəti və inkişaf mexanizmləri, təşkilatın 2007-ci il üçün büdcəsi, Mərkəzi və Şərqi Avropa ölkələrində əhali, miqrasiya və qaçqınlar mövzularında fikir mübadiləsi aparılacaqdır.
Səməd Seyidov müzakirə edilən məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]