AŞPA-NIN MÜŞAHİDƏÇİLƏRİ AZƏRBAYCANA SENTYABRIN ORTALARINDA GƏLƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup müşahidəçisi sentyabrın 16-17-də Bakıya gələcəkdir.
AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik edəcəyi 6 nəfərdən ibarət qrup seçkiqabağı vəziyyəti öyrənəcəkdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirmişdir ki, müşahidəçilər səfər çərçivəsində dövlət və hökumət rəsmiləri, eləcə də siyasi partiya nümayəndələri ilə görüşəcəklər. Bu müşahidələr əsasında sentyabrın sonunda Azərbaycandakı seçkiqabağı vəziyyətə dair Avropa Şurası adından bəyanat hazırlanacaqdır.
AŞPA-nın geniş müşahidə missiyası isə seçkilərdən bir neçə gün əvvəl Azərbaycana gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]