AŞQABADDA MƏHDİMQULU FƏRAQİNİN 275 İLLİYİ İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabadda böyük türkmən şairi Məhdimqulu Fəraqinin 275 illiyi ilə əlaqədar “Məhdimqulu və mənəvi-mədəni dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycan, Almaniya, Türkiyə, Hindistan, İran, İspaniya, Əfqanıstan, Rusiya, Çin, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, ABŞ, Serbiya, Ukrayna, Çexiyadan gəlmiş alimlər iştirak etmişlər.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun konfrans iştirakçılarına müraciətində deyilir: “Fəraqinin poetik aləmi mahiyyətcə min illər boyu formalaşmış türkmən fəlsəfəsi, türkmən qəlbinin nəğməsi, türkmənin əyilməz ruhudur. Humanist-şair Məhdimqulu Fəraqi türkmən xalqının ən çətin dövründə yaşamış, öz yaradıcılığında dostluq, müstəqillik ideyalarına böyük yer vermişdir”.
Üç gün davam edən konfransda Məhdimqulu Fəraqinin həyat və yaradıcılığı, şairin poetik irsinin Şərqin ictimai-siyasi, ədəbi-elmi fikrinə təsiri ilə əlaqədar 150-dən artıq məruzə dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]