Astana İrana dair danışıqlara ev sahibliyi etməyə hazırdır
Astana, 3 mart, AZƏRTAC
Qazaxıstan İranla bağlı danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Alibek Bakayev bildirib.
“Biz artıq bir çox məkan, xüsusən də İranla bağlı platformalar təqdim etmişik. Əvvəllər də Almatıda bu məsələnin həllinə əhəmiyyətli töhfə verən platforma təqdim olunmuşdu”, -deyə Bakayev bildirib.
O qeyd edib ki, Qazaxıstanda Suriya hökuməti ilə müxalifət arasında 20-dən çox danışıqlar raundu keçirilib və bu, münaqişənin gərginliyinin azaldılmasına kömək edib. Qazaxıstan tələb olunarsa, yeni danışıqlar təklifini diqqətlə nəzərdən keçirməyə hazırdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [23:45]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]