ASTANADA ŞƏHİDLƏRİN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı “Xəzər” Azərbaycan mədəniyyət mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir. Mərasimdə Astanadakı rus, Ukrayna, yəhudi, tatar diasporlarının üzvləri, diplomatlar, jurnalistlər iştirak etmişlər.
Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər və faciənin səbəbləri haqqında ətraflı məlumat vermişdir.
Rus və yəhudi mədəniyyət mərkəzlərinin sədrləri Aleksandr Lantoşko və Moisey Qolbert, Astanada rus dilində nəşr olunan “Turan-Ekspress” qəzetinin baş redaktoru Vidadi Salahov və başqaları öz çıxışlarında Qanlı Yanvar faciəsini törədənləri ittiham etmişlər.
Mərasimin sonunda səfirlik əməkdaşlarının 20 Yanvar faciəsi, qaçqınların məskunlaşdığı yerlərlə bağlı hazırladıqları məlumatlar toplusu, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərinin xəritəsi mərasim iştirakçılarına təqdim olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]