Astara rayonunun Alaşa kəndi yaxınlığında 15 hektar sahədə yanğın baş verib
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 10-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonunun Alaşa kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata görə, 15 hektar sahədə quru ot və kol-kos yanır. Yanğının çətin keçilən mürəkkəb relyefli qayalıq ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Yanğınsöndürmə işlərinin sürətləndirilməsi üçün FHN tərəfindən əlavə qüvvələr cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da yanğının söndürülməsində iştirak edirlər.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]