REGİONLAR
Astarada bir məktəbin iki məzunu qızıl və gümüş medalla təltif olunub
Astara, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.
Əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təltif olunanlar arasında Astara rayonunun Pensər kənd 2 nömrəli tam orta məktəbinin iki məzunu da var.
Məktəbin məzunu Tərlan Hüseynov qızıl, Zəka Əliyev isə gümüş nişana layiq görülüb.
Qeyd edək ki, bu il ali məktəblərə qəbul imtahanları zamanı Tərlan Hüseynov IV qrupda Astara rayonu üzrə ən yüksək - 637,9 bal toplayaraq Azərbaycan Tibb Universitetinə, Zəki Əliyev isə I qrupda rayon üzrə üçüncü nəticə ilə - 613,1 balla Bakı Ali Neft Məktəbinə daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]